
"Hər birinizi salamlayıram. Matça gəldikdə isə, gərgin qarşılaşma oldu”. Olimpnews.az-ın Gəncəyə ezam olunmus xüsusi müxbirin məlumatına görə, bunu "Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Matçdan sonra keçirilən mətbuat konfransında Şahin Diniyev Şəhriyarın zədələnməsini onlar üçün sürpriz olduğunu vurğulayıb: "Hər iki komanda qələbə qazana bilərdi. Qarşımıza qoyulan məqsəd rəqibin orta xəttini neytrallaşdırmaq idi. Bunu 70 faiz bacardıq. Şəhriyarın zədələnməsi bizə sürpriz oldu. Azadın qol epizodunda təcrübəsi çatmadı. Qeyd edim ki, rəqibə qarşı hücum futbolu oynamaq da "dəlilik" olardı. Heç kimə sirr deyil ki, rəqib top-komandadır. Hesabda öndə olanda da hücuma atıldıq. Əsl xarakter oyunu nümayiş etdirdik. Heç-heçəni ədalətli nəticə hesab etmək olar. Bizim "vuruşmağımız" rəqibin ustalığı oyuna rəng qatdı”.
- Futbolçuların son dəqiqələrdə yorulmasını nə ilə əlaqədardırmaq olar?
- Topun dalınca qaçmaq həmişə çətindir. Başqa komandaya qarşı oynasa idik, 90 dəqiqə "çatdıracaqdıq". "Qarabağ” Avropa səviyyəsində komandadır. Onların tempi artırması bizim son 10-12 dəqiqədə yorulmağımıza səbəb oldu.
- Qurban Qurbanov ot örtüyünün bu vəziyyətindən şikayətləndi. Sizcə, otun bu vəziyyətdə olması "Qarabağ”ın yaradıcı oyun göstərməsinə mane olmadı ki?
- Mən bunu düşünmürəm. Meydançanın durumu normal idi. Oyunun axırlarında bir az vəziyyət yaxşı olmadı. Düşünmürəm ki, meydança o qədər də bərbad idi.
- Hazırda Şəhriyar Əliyevin durumu necədir?
- Hələ bilinmir. Sabah müayinədən sonra bəlli olacaq.
Rahib Səmədov,
Gəncə