“...məğlub da ola bilərdik”

“...məğlub da ola bilərdik”

"İlk hissədə oyunumuz alınmadı. Meydançanın ot örtüyü də pis vəziyyətdə idi". Olimpnews.az-ın Gəncəyə ezam olunmus xüsusi müxbirin məlumatına görə, bu sözləri "Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Maksim komandasının 1 xal qazanmasını yüksək nəticə hesab edib: "İkinci hissədə daha yaxşı təsir bağışladıq. Çalışırdıq ki, topu özümüzdə saxlayaq. Lakin bu, elə də asan deyildi. Hesabda geridə idik. Buna baxmayaraq, cavab qolunu vuraraq 1 xal qazandıq. Halbuki məğlub da ola bilərdik".

"Qarabağ” avroliqanın növbəti oyununda səfərdə "Fiorentina” klubu ilə qarşılaşacaq. Maksim Medvedev səfərdən sərfəli nəticə ilə qayıdacağını vurğulayıb. "Çox maraqlı oyun olacaq. Biz də bu oyunu səbirsizliklə gözləyirik. "Fiorentina” İtaliyanın aparıcı klublarınan biridir. Məşhur klubdur, heyətlərində güclü futbolçular var. Bilirəm ki, azarkeşlər bizdən çox şey gözləyirlər. Amma rəqibin kimliyini də nəzərə almaq lazımdır. Çox çətin oyun olacaq. Səfərdə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik", - deyə müdafiəçi əlavə edib.

Qeyd edək ki, "Kəpəz” - "Qarabağ” oyunu 1:1 hesab ilə başa çatıb.

Rahib Səmədov,
Gəncə