"Ağrıların artması oynamağıma mane olurdu"

"Ağrıların artması oynamağıma mane olurdu"

"Zədə aldığım vəziyyətdə ot örtüyü öz təsirini göstərdi. Dizim qatlandı və sağ ayağımdan zədələndim”. Olimpnews.az-ın Gəncəyə ezam olunmus xüsusi müxbirinin məlumatına görə, bu sözləri "Kəpəz” klubunun müdafiəçisi Şəhriyar Əliyev deyib.

Matçın birinci hissəsində zədələnən Şəhriyar Əliyev ağrılarının artığına görə əvəzlənməsini istəyib. "Matç zamanı zədələnməyimə baxmayaraq, mübarizəni davam etdirmək istəyirdim. Ancaq ağrıların artması oynamağıma mane olurdu. İndi də özümü çox pis hiss edirəm və çətinliklə yeriyirəm. Meydanı tərk edəndən sonra həkimlər ayağıma buz qoydular ki, şiş çəkilsin. Şiş çəkiləndən sonra tibbi müayinədən keçəcəm. İnşallah, ağır zədəm olmaz”, - deyə "Kəpəz"in müdafiəçisi əlavə edib.

Qeyd edək ki, Şəhriyar Əliyev "Qarabağ”la (1:1) oyunda zədələndiyinə görə, qarşılaşmanın 28-ci dəqiqəsində əvəzlənib.

Rahib Səmədov,
Gəncə