UEFA prezidenti “Qəbələ”nin oyununda

UEFA prezidenti “Qəbələ”nin oyununda

UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının "Qəbələ” – "Maynts” (Almaniya) oyununu izləyəcək. Olimpnews.az saytının məlumatına görə, sloveniyalı funksioner sentyabrın 29-da keçiriləcək C qrupunun oyununa 8-ci km qəsəbə stadionunda tamaşa edəcək.

EURO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasiminin qonağı olacaq Çeferin tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazın bilib.

Qeyd edək ki, Aleksander Çeferin təqdimat mərasimində iştirak üçün paytaxtımıza səfər edəcək.