
Bu gün Azərbaycan kubokunda 2016/17-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə yarışın bütün cütləri məlum olub.
Əvvəlcə I Divizionun 4 klubunun çıxış edəcəyi 1/16 final mərhələsinin iki cütlüyü müəyyənləşib. Ardınca 1/8 finalın 8 cütü bəlli olub. Bunlardan 6-da iki komanda yer alacaqsa, 2-də bir klub ilk mərhələdəki qarşılaşmanın qalibini gözləyəcək.
Püşkə əsasən, 1/4 və 1/2 finalda hansı cütlərin qaliblərinin görüşəcəyi də məlum olub.
Qeyd edək ki, oktyabrın 12-də start götürəcək kubok yarışlarında Topaz Premyer Liqasının 8, I divizionun 10 klubu mübarizə aparacaq. Aşağı dəstədə çıxış edən "Ağsu”, "Energetik”, "Mil-Muğan” və "Göyəzən” isə turnirdə iştirak etməkdən imtina ediblər.
Azərbaycan kuboku
1/16 final mərhələsi
12 oktyabr
1. "Turan Tovuz” - "Bakılı”
2. "Şəmkir” - "Qaradağ Lökbatan”
1/8 final mərhələsi
2-3 dekabr
3. 1-ci cütün qalibi - "Zirə”
4. "Neftçi” -"Şərurspor”
5. "Qarabağ” - "Səbail”
6. MOİK - "Sumqayıt”
7. "İnter” - 2-ci cütün qalibi
8. "Şahdağ” - "Kəpəz”
9. "Qəbələ” - "Zaqatala”
10. AZAL - "Rəvan”