Bu gün "Boulevard Hotel Baku” hotelində Klublar Komitəsinin növbəti iclası keçirilib.
Olimpnews.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasında mübarizə aparan AZAL, "Qəbələ”, "Qarabağ”, "İnter”, "Neftçi”, "Kəpəz”, "Zirə” və "Sumqayıt” klubların nümayəndələri, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov və AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsini müdiri Yusif Vəliyev iştirak ediblər.