FİFA referimizə Avropa Liqasında növbəti təyinat

FİFA referimizə Avropa Liqasında növbəti təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin daha bir oyununa təyinat alıb.

Olimpnews.az saytının məlumatına görə, təmsilçimiz "Konyaspor” – "Braqa” oyununu idarə edəcək.

Ə. Ağayevə Rza Məmmədov, Zeynal Zeynalov və Mübariz Həşimov kömək edəcəklər. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxacaqlar.

Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.