Yığmamız 45 pillə irəliləyib

Yığmamız 45 pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb. Olimpnews.az saytının məlumatına görə, cədvəl Azərbaycan milisinin fantastik sıçrayışla əlamətdar olub.

Yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyib. Kurasao ilə eyni qədər inkişafa nail olan komandamız yalnız Monteneqronun irəliləyişinə həsəd apara bilər. Sonuncular irəliyə doğru 49 addım atıb.

Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb. Ötən ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub. Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini geridə qoyub.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa 1 pillə irəliləyib. İspaniya isə ilk "10-luğ”a daxil olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya irəliləyib, San Marino mövqeyində qalıb. Digər komandalar isə geriləyib. Şimali İrlandiya 6, Çexiya 7, Norveç isə 11 addım geri düşüb.

Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə enib. 4 pillə geriləyən "ay-ulduzlular” 843 xala malikdir.

1 (1). Argentina             1621
2 (3). Almaniya              1465
3 (4). Braziliya                1410
4 (2). Belçika                  1382
5 (4). Kolumbiya              1361
6 (6). Çili                          1273
7 (8). Fransa                     1271
8 (7). Portuqaliya               1231
9 (9). Uruqvay                   1175
10 (11). İspaniya                1168
...36 (30). Ş. İrlandiya         739
...40 (33). Çexiya                663
...81 (70). Norveç               438
...88 (133). Azərbaycan       404
...201 (201). San Marino      17