
FİFA Rusiya Futbol Federasiyasının milliləşdirmə ilə bağlı müraciətini qəbul edib. Olimpnews.az saytının məlumatına görə, Moskva MOİK-inin müdafiəçisi Mario Fernandesin şimal qonşularımızın heyətində çıxış etməsi barədə yaxın günlərdə qərar veriləcək.
Bu barədə Rusiyanın TASS agentliyinə ali futbol qurumunun mətbuat xidmətindən məlumat verilib: "Təsdiq edə bilərik ki, bizə bununla bağlı müraciət olunub. Bununla bağlı qərar hələ verilməyib. Araşdırmalardan sonra dəqiq məlumat veriləcək. Hələlik ancaq bu qədər açıqlama verə bilərik”.
Qeyd edək ki, 26 yaşlı Fernandes Braziliyada anadan olub. O, 2012-ci ildə "Qremio”dan MOİK-ə keçib və bu müddətdə paytaxt klubunun heyətində 108 oyunda meydana çıxıb.