Boliviyadan havaya qalxan sərnişin təyyarəsi Medellin beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb.
Təyyarədəki 72 sərnişin arasında "Atletico Nacional" futbol komandası ilə oynamaq üçün gələn Braziliyanın "Chapecoense" klubunun oyunçuları da olub.
"360 Radio Colombia” qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.
Qeyd edək ki, iki komanda "Copa Sudamerica"nın finalında bu səhər qarşılaşacaqdı.