Blatter şikayət etməyəcək

Blatter şikayət etməyəcək


Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter İsveçrə Ali Məhkəməsinə futbol fəaliyyətindən kənarlaşdırılmasına dair apellyasiya şikayəti verməyəcəyini deyib. 

Dekabrın 5-də İdman Arbitraj məhkəməsi (CAS) Y.Blatterin 6 il müddətinə futboldan kənarlaşdırılmasına dair apellyasiya şikayətini rədd edib.

FİFA-nın keçmiş prezidenti açıqlamasında "Mən İsveçrə Ali Məhkəməsinə apellyasiya şikayəti verməyəcəyəm", - deyə bildirib.