Ronaldo qadağa qoyub

Ronaldo qadağa qoyub



"Real”ın futbolçusu Kriştiano Ronaldo onunla əməkdaşlıq edən heyətə qadağa qoyub. 

Ronaldo özüylə bağlı şəxsi məlumatların yalnız ölümündən 70 il sonra açıqlana biləcəyiylə bağlı qadağa tətbiq edib. Kriştiano onunla əməkdaşlıq edən hər bir şəxslə bağladığı müqaviləyə bununla bağlı xüsusi bənd də əlavə edib.

Qadağa Ronaldo ilə əməkdaşlıq edən şəxslərin yaxınlarına da şamil olunur. Bu qadağanı pozan əməkdaş 300 min funt cərimə ödəməli olacaq.