"France Football” nəşrinin 2016-cı il üzrə "Ballon d’Or” (Qızıl top) mükafatının qalibi "Real Madrid” klubunun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo seçilib.
Mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi ilə müəyyənləşib.
Xatırladaq ki, Kriştianu Ronaldo 2008-ci, 2013-cü və 2014-cü illərdə də "Qızıl top” mükafatının qalibi olub.
"Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və braziliyalı hücumçu Neymar da Silva Santos da "Qızıl top” mükafatına namizədlər arasında olublar.
Qeyd edək ki, bu ildən etibarən "France Football” nəşri "Qızıl top”un qalibini yenə jurnalistlərin səsverməsi nəticəsində müəyyənləşdirib.