Oskar Çin klubuna keçir

Oskar Çin klubuna keçir

İngiltərənin "Çelsi” futbol komandasının yarımmüdafiəçisi Oskar özünə yeni klub tapıb.

Olimpnews.az saytının məlumatına görə, braziliyalı futbolçu qış transfer pəncərəsində Çinin "Şanxay SİPG” klubuna keçəcək. Artıq sözləşmə ilə bağlı bütün məsələlər öz həllini tapıb.

Bu transfer üçün Andre Villaş-Boaşın baş məşqçi olduğu "Şanxay SİPG” "Çelsi”yə 70 milyon avro ödəyəcək. İyirmi beş yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində "Çelsi”də qazandığı həftəlik 105 min avronun dörd qatını alacaq. Bu halda Oskar rekord qiymətə - "Çelsi”nin indiyədək satdığı ən bahalı futbolçu olacaq. Onun illik məvacibi isə 22 milyon avro təşkil edəcək.