Futbol komandası suda batıb

Futbol komandası suda batıb



Uqandada içində futbol komandasının olduğu gəmi batıb.

"Olimpnews.az” "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Albert gölündə baş verən qəzada ən azı 30 nəfər həlak olub.

Polisin məlumatına görə, gəmidə yerli futbol komandasının üzvləri və azarkeşlər olub.
"Göldə sakitlik idi. Amma futbolçular və azarkeşlər əylənməyə başlayanda problem yarandı. Onlar gəminin bir tərəfindən toplaşdılar və gəmi çevrildi”, - deyə polisin nümayəndəsi bildirib.

Qeyd edək ki, bu, son bir ayda futbol komandalarının yaşadığı ikinci faciədir.

Noyabrın 29-da Kolumbiyada qəzaya uğrayan təyyarədə Braziliyanın "Şapekoense” klubunun üzvləri var idi. Kolumbiya təmsilçisi ilə Cənubi Amerika Kubokunun ilk final oyununa yollanan komandanın futbolçularının əksəriyyəti həlak olub.