"Barselona”nın hücumçusu Lionel Messi FIFA versiyası üzrə təşkil ediləcək 2016-cı ilin ən yaxşı futbolçusu qala gecəsində iştirak etməyəcək.
Belə bir açıqlama Kataloniya klubundan verilib. Məlumata görə, argentinalı ulduzla yanaşı, FIFA-nın 2016-cı il üçün rəmzi yığmasına namizədlər - Andres İnyesta, Luis Suares və Jerar Pike də mükafatlandırma mərasiminə qatılmayacaq. "Barselona”dan bu addımın futbolçuların İspaniya kubokunda "Atletik”lə cavab oyununa hazırlıq məqsədilə atıldığı bildirilib. İlk görüşdə Luis Enrikenin komandası 1:2 hesabı ilə məğlub olmuşdu.
Xatırladaq ki, Messi ilə yanaşı, ilin futbolçusu adına namizədlər arasında Madridin "Real” klubunun forvardı Kriştiano Ronaldo və "Atletiko” komandasından Antuan Qrizmann yer alır.