18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür

Azərbaycan Demok­ra­­tik Respublika­sı, Azər­­­­bay­­­can Res­pub­likası – mü­­səl­man Şər­qində ilk də­fə demokratik res­pub­li­ka­­sının əsa­sını qoy­muş müs­­təqil Azər­bay­can döv­lə­tidir. 1918-ci il mayın 28-də ya­­ra­dıl­mış, cəmi 23 ay ya­şa­mışdır (1918, 28 may – 1920, 28 ap­rel). Ol­duqca qısa müddətdə, həm də ölkənin daxilində və xaricində ya­ran­mış gərgin və mürəkkəb ictimai-siyasi şərait­də fəaliyyət göstərməsinə baxmayaraq, AXC-nin həyata keçirdiyi tədbirlər (milliyyətindən, si­yasi və dini mənsubiy­yə­tindən, cinsindən asılı olmayaraq, bütün və­tən­daş­lara bə­ra­bər hüquq verilməsi, dövlət sərhədlərinin müəy­yən olun­ması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edil­məsi, Azər­­­baycan dilinin dövlət dili elan olunması, de­mok­ratik dövlət qu­ru­culuğunun başlanması, iqtisadiyyat, mə­də­niy­yət, təhsil, hərbi qu­ru­culuq sahələrində atılmış uğur­lu ad­dım­lar və s.) Azərbaycanın gələ­cək müstəqilliyi üçün möh­kəm zəmin yaratmışdır.

Rusiyada mütləqiyyəti devirərək, Romanovlar süla­lə­sinin 300 il­lik hakimiyyətinə son qoymuş və demo­kratik azad­­lıqlara yol açmış 1917-ci il fevral inqilabı AXC-nin ya­ranması üçün real şəraitin təmin olunmasında mühüm rol oynamışdı. Yeni yaranmış, yaxud fəa­liy­yət­lə­rini bərpa etmiş partiyalar arasında geniş nüfuzu ilə fərqlənən «Musavat» partiyasının 1917-ci il oktyabrın 26-da Bakıda keçirilmiş I qurultayında Milli muxtariyyət tələbləri qətiyyətlə irəli sü­rüldükdən sonra Bakıda və Azərbaycanın bütün qəzalarında «Azərbaycana mux­tariyyət» şüarı altında Milli hərəkat baş­lan­mışdı (bu dövr Azər­bay­can tarixinə «Milli Azər­bay­can hə­rəkatı» dövrü kimi daxil olmuş­dur).

1918-ci il aprelin 22-də Rusiya Müəssisələr Məclisinə Zaqaf­qa­zi­yadan seçilmiş (1917, 26 noyabr) deputatlardan iba­rət Zaqafqaziya Seymi Cənubi Qafqaz ərazisində müs­tə­qil Zaqafqaziya Federativ Respublikasının ya­ra­dıl­dığını elan etdi. Zaqafqaziya hökumətinə da­xil olan 13 na­zir­dən  5-i, (o cümlədən yollar naziri X.Məlikaslanov, əd­liy­yə naziri F.Xoyski, maarif naziri N.Yusifbəyov, ticarət na­ziri M.N.Hacınski, dövlət nəzarəti naziri İ.Y.Heydərov) azər­bay­­­canlı idi. 1918-ci il mayın 26-da fraksiyalararası çə­kiş­­mə­­­lərə son qoya bil­mə­yən Zaqafqaziya Federasiyası Gür­­cüs­­tanın öz müstəqilliyini elan et­məsi ilə süquta uğradı. Ma­yın 27-də seymin müsəlman fraksiyasına daxil olan parti­yaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası (AMŞ) yarandı (sədri M.Ə.Rəsulzadə, müavini H.Ağayev). Mayın 28-də Tiflisdə Rusiyanın Qafqaz canişini sarayının Mavi Sa­lonunda AMŞ-nin iclasında AXC-yaradıldığı (lehinə-24, bitərəf-2) elan edildi və 6 bənddən ibarət «Azərbay­canın istiqlal bəyannaməsi» qəbul olun­du. Mayın 30-da bitərəf   F. Xoyskinin başçılıq etdiyi hökumətin tər­kibi təsdiq olundu və Azərbaycanın öz istiqlaliyyətini elan etməsi ba­rədə məlumat dünyanın böyük dövlətlərinin paytaxtlarına çatdırıldı. AXC hökuməti iyunun 16-da Gəncəyə köçdü və öz mətbu orqanını – «Azərbaycan» qəzetini nəşr etməyə başladı. Sentyabrın 15-də Bakı şəhəri erməni-daşnak-kom­mu­nist güruhunun işğalından azad edil­dik­dən sonra AXC hö­ku­məti öz iqamətgahını buraya köçürdü.

1918-ci il noyabrın 19-da (noyabrın 17-də ingilislər Bakını tut­muş­dular) AMŞ iclasında 120 nəfərdən ibarət parla­ment yaratmaq haqqında Azərbaycan hökumətinin təqdim et­diyi qanun layihəsi qə­bul olundu.

AXC dövründə 5 dəfə hökumət təşkil edilmişdi. Birinci üç höku­mətə (28.05.1918-14.03.1919) F.Xoyski, 4-cü və 5-ci hö­kumətlərə (14.03.1919-30.03.1920) N.Yusifbəyli başçılıq et­mişlər. Azərbaycanın ərazi bütövlüyünün qorunması AXC hökumətinin fəaliyyətində daim öncül yer tutmuş və ümdə və­zifələrdən biri sayılmışdır. Azərbaycan ərazisinin elə bir böl­­gəsi olmamışdır ki, ora AXC hökumətinin diq­qətindən bir an belə kənarda qalsın. Bu baxımdan, Naxçıvan di­ya­rı­na və Zəngəzur mahalına münasibət xüsusi qeyd edilə bilər. «Azər­­bay­can parlamentinin yaradılması haqqında qanun»­d­­a göstərilirdi ki, Azərbaycan ərazisini təşkil etdiyinə gö­­rə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasın­dan (Naxçıvan, Şərur, Ordubad nəzərdə tutu­lur) üç nəfər mil­lət vəkil seçilməlidir. Dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası keçi­rildi. Par­lamentin ilk tədbirlərindən biri Azərbaycanın istiq­la­liyyətinin ta­nınmasına nail olmaq üçün Ə.M.Top­çu­ba­şo­vun başçılığı ilə Paris Sülh Konfransına nümayəndə heyəti gön­dərməkdən ibarət olmuşdu (nümayəndə heyətinin müstəs­­na səyləri sayəsində 1920-ci il yanvarın 11-də Paris Konfran­­sının Ali Şurası AXC-nin müstəqilliyini de-fakto tanıdı). Ümumiyyətlə, mövcud olduğu dövrdə (1918, 7 dekabr – 1920, 27 aprel) parlamentin 140-a qədər iclası olmuşdur. Bu ic­­laslarda hö­ku­mətin təqdim etdiyi 315 qanun layihəsi (bunlar­­dan 10-12-si rədd edilmiş, qalanları barədə onların komis­­­siyalarda müzakirəsi da­vam etdirilmişdi) nəzərdən keçiril­­miş­di (bunlardan 82-si maliyyə nazirliyi, 32-ci ədliyyə, 24-ü­­­ d­a­­xili işlər, 19-u xalq maarif, 12-si tor­paq, 10-u sosial təmi­nat nazirlikləri, 9-u hərbi nazirlik və b. tərəfin­dən təqdim edil­­­mişdi).

Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-də və 25-də ke­çirilmiş iclaslarında Naxçıvan bölgəsinin və ümumiy­­yətlə, keçmiş İrə­van quberniyasının azərbaycanlı əhalisi­nin vəziyyəti ilə bağlı mə­sə­lələr müzakirə edilmiş, Ermənis­tan hökumətinin Naxçıvan və digər qə­zaların azərbaycanlı əha­­lisinə qarşı yeritdiyi etnik təmizləmə si­ya­səti pislənmişdi. Azər­­baycan Fövqəladə İstintaq Komissiyasının üzvü (AFTK) Məmməd xan Təkinskinin 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin olunması da opada yerli azərbaycanlı əha­­linin hüquqlarının müdafiə olunması zərurətindən irəli gəl­­mişdi.

Azərbaycan hökuməti 28 fevral 1919-cu il tarixli qərarı ilə Nax­çı­van general – qubernatorluğunu yaradaraq B.Nax­çı­­vanskini ora ge­neral – qubernator təyin etmiş və cari xərc­lər üçün 2 mln. manat və­sait ayırmışdı. Araz-Türk Respubli­kasının süqutundan (1919, mart) sonra Naxçıvan bölgəsinin ingilislərin köməyi ilə erməni idarəçiliyinə keçəcəyi barə­də xəbərlərin yayılması Azərbaycan hökuməti tərəfindən cid­­di etirazla qarşılaşmış və yerli əhalinin dəstəyi ilə bu idarə­çiliyə son qoyulması üçün təsirli tədbirlər görülmüşdü. Nax­çıvan bölgəsi əha­li­si­nin fəal müqaviməti sayəsində iyul ayın­da erməni idarəçiliyi ləğv edil­di. AXC hökumətinin Zən­­gəzur, Qarabağ, Muğan bölgələrinə mü­nasi­bətdə də öz su­­veren hüquqlarını müdafiə etmək üçün qəti tə­d­bir­lərə əl at­­ması ölkənin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynamışdı. Bütün bunların nəticəsi idi ki, AXC ərazisinin sahəsi 97237,67 km2 mübahisəsiz, 16598,30 km2 mübahi­­səli zonaları əhatə etməklə, 113835,97 km2 təşkil etmişdi. AXC hökuməti 1919-cu ilin ya­­zın­da Cənubi Qafqazın başı üstün­də hərlənən «vahid və bölünməz Rusiya» tərəfdarı, çar ge­neralı Denikinin Könüllü Ordusunun hü­cu­munun qar­şı­sı­nı almaq üçün bütün tədbirləri görsə də (bu məqsədlə 1919-cu il iyunun 27-də Gürcüstanla hərbi ittifaq da bağ­lan­mış­­dı), Azər­baycan neftinə susamış qırmızı bolşevik Rusi­ya­nın iş­ğalçı XI Qızıl Ordusunun təcavüzünün qarşısını ala bil­mə­di.

Azərbaycan KP və Sovet Rusiyasında yaşayan Azərbaycan bolşeviklərinin mövqeyini bir az sonra S.M.Kirov və Stalin müdafiə etmiş, Azərbaycan Respublikasını tanımamaq haqqında qəti qərar qəbul edilmişdi. Sovet Rusiyasının iqtisadi vəziyyəti çox ağır idi. Bakı nefti olmadan o öz təəssüratını qaldıra bilməyəcəkdi. 1920-ci il martın 17-də V.İ.Leninin Qafqaz Cəbhəsi hərbi inqilab şurası üzvləri N.Q.Smiqla və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda göstərilirdi ki, «Bakını tutmaq bizə son dərəcə və zəruridir. Bütün səyinizi buna verin».

Azərbaycan Demokratik Cümhuriyyəti elə bir tarixi dövrdə meydana gəlmişdi ki, Qafqazda durum son dərəcə gərgin, qeyri-sabit idi. Azərbaycanda milli toqquşmaların qəsdən törədilməsi və kimlər tərəfindən  dəstəklənməsi barədə çoxlu tarixi faktlar mövcuddur. Bakıda «darğalıq» edən Şaumyan bu sözləri təsədüfən deməmişdi: «Azərbaycanın müstəqil dövlət olmasını istəyən milliyətçilər sonunda xarabalar tapacaqlar». Bu söz günümüzlə nə qədər səslənir: Bakını – Beyruta, Azərbaycanı isə Livana çevirəcəyik». Onlar Qarabağda, Şamaxıda, Kürdəmirdə, Lənkəranda, Salyanda, Qubada, Gəncədə və s. yerlərdə kütləvi qırğınlar törətmiş qısa dövr ərzində 211 yaşayış məntəqəsini xarabalığa çevirə bilmişlər (eyniylə indiki kimi). Həmin dövrdə Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası ilə ticarət sahəsində danışıqlar aparırdı. 1920-ci il martın 30-da Sovet Rusiyası – Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı.

Belə bir şəraitdə F.Xoyski aprelin 15-də sonuncu nota ilə G.V.Çiçerinə müraciət etdi. Lakin başqa notalar kimi bu nota da cavabsız qalmışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə başda 3 İnternasional olmaqla  2-ci Qızıl Ordunun «N» hərbi hissələri Azərbaycvan Respublikasının sərhədlərini keçib sürətlə cənuba doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət Azərbaycan Ordu hissələri ciddi müqavimət göstərə bilmədi. Aprelin 27-də Azərbaycvn KP MK, Qafqaz Diyar Komitəsinin Bakı bürosu və fəhlə konfransı adından Azərbaycan parlamentinə hakimiyyətin təhvil verilməsi haqqında ultimatum verildi. Parlamentin bu son iclasında iştirak etmiş Məmməd Əmin Rəsulzadənin yazdığına görə, hakimiyyəti ələ alacaq bolşeviklər aşağıdakı şərtlərə riayət edəcəklərini bildirdilər:

  • Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycan tam müstəqilliyi qorunub saxlanılacaqdır;

  • Hər hansı kənar təziyyiqdən asılı olmayan Azərbaycanın əsil idarə formasına fəhlə, kəndli və əskər deputatlarının simsalında Azərbaycanın yüksək qanunvericilik təşkilatı təyin ediləcəkdir;

  • Yeni yaradılmış kommunist hökuməti Azərbaycan hökuməti və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığını təmin edəcək;

  • Qızıl Ordunun Bakı şəhərinə daxil olmasına yol verməmək üçün tədbirlər görüləcək;

  • Azərbaycan ordusu olduğu kimi qalacaq;

  • Azərbaycanda siyasi partiyaların hüriyyət və sərbəstliyi təmin ediləcək.

Beləliklə, yerli bolşeviklərin iştirakı ilə X1 Qızıl Ordu Bakıya daxil oldu.

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyətinin qələbə çalması Qarabağ zəhmətkeşlərini daşnakların, mü­­savatçıların yeni dəhşətli cinayətlərindən xilas etdi.

Qarabağın zəhmətkeşləri kommunist özəklərinin rəh­­­bərliyi altında inqilab komitələrinin təşkilinə, yerlərdə So­­vet haki­miy­yə­tinin qurulmasına başladılar. Tezliklə XI Qı­­zıl Ordunun hissələri öz qardaşlıq köməyi əlini Dağlıq Qa­­rabağın zəhmətkeşlərinə uzatdılar.

Qarabağ haqqında məsələ dəfələrlə PK (b) Partiyasının Qaf­­qaz bürosunda, partiyanın Zaqafqaziya diyar komitəsin­­də, həmçinin AK (b) P-nin MK-da müzakirə olunmuş­dur.

Yerli bolşe­vik­lərin yalan vədləri də bu işdə az rol oynamadı. 1920-ci il aprelin 27-də saat 23-də Azərbaycan parlamenti hakimiyyətin bolşeviklərə təhvil verilməsi ba­rədə qərar çıxarmağa məcbur oldu.

Müstəqil Azərbaycan Demokratik Respublikasının 2 illik fəaliyyətinə son qoyuldu və Azərbaycan yenidən, bu dəfə də artıq sovetləşmiş formada Rusiyanın tərkibinə qatıldı.

Sovet dövründəki müstəqillik itirildiyi şəraitdə yaşadığımız illər də tarixdən bizə yaxşı məlumdur, çox da uzun olmayan tariximizin 1988-1990-cı illəri də yaxşı yadımızdadır.

1988-ci ilin yayında, «Bakı alimlər klubunda» birləşmiş Azər­bay­can ziyalılarının nümayənədələri tərəfindən SSRİ tərkibində suveren­liyə nail olmaq şüarını irəli sürən, Pribaltika xalq cəbhələri tipli Azər­baycan Xalq Cəbhəsi yaratmaq üçün «Təşəbbüs qrupu» yaradıldı. «Tə­şəb­büs qrupu» bir neçə ay ərzində AXC-nin proqram və nizamnaməsini işləyib hazırladı.

Ümumiyyətlə, 1988-ci ilin yayından etibarən Azərbaycanda on­larca qeyri-formal qrup və təşkilatlar fəaliyyət göstərirdi. Məhz bunlardan biri olan «Varlıq» qrupu sonralar «Təşəbbüs qrupu» ilə bir­likdə AXC-nin yaradılması üçün baza oldu. «Varlığ»ın öz qar­şısına qoyduğu əsas məqsəd – respublikanın ictimai-siyasi, sosial-iq­ti­sa­di və mədəni problemlərinin həllində geniş xalq kütlələrinin fəal iştirakını təmin etməkdən ibarət idi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli iclası DQMV-nin Azərbaycanın tərəkib hissəsi olduğunu təsdiq etdikdən sonra ermənilər siyasi yolla öz məqsədlərinə nail olmayacaqlarını başa düşərək, respublikamıza qarşı elan olunmamış müharibəyə başladılar. Yaxşı hzırlıq keçmiş və müasir silahlarla silahlanmış erməni quldur dəstələri Azərbaycan ərazisində fəal hərbi əməliyyatlara keçdilər.

1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkatına çevrildi.

1988-ci ilin yanvar ayınadək Qarabağ münaqisəsinin yeni mər­hələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhərəliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq er­mə­ni­pərəst mövqe tutacağını şərtləndirirdi. Son mərhələ üçün qığılcım lazım idi. Bu isə Xankəndindən (Stepanakertdən) başlamalı idi.

1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində (Stepanakertdə) DQMV-nin Ermənistana verilməsi tələbini irəli sürən tələbnaməyə açıq şəkildə imza toplanmağa başlandı, fevralın 12-də isə həmin tələblə ilk mitinq keçirildi.

O, vaxtkı respublika rəhbərliyinin seyirçi mövqeyi geniş xalq kütlələrini hiddətləndirməyə bilməzdi. 1988-ci il noyabrın 18-dən dekabrın 5- dək Bakının baş meydanında davam edən fasiləsiz mitinq bu hiddətin əzə­mət­li nümayişinə çevrilmiş oldu.

1988-ci il dekabrın 5-də səhər saat 4-də meydan xüsusi təyinatlı əsgərlər tərəfindən «təmizləndikdən» sonra hərəkatın bir sıra liderləri və fəallarına qarşı başlanan təqiblə bağlı Azərbaycan milli hərəkatında zahiri sakitlik yarandı.

Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki sat­qın­ların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi. Nəticədə Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi. Bunun ardınca tarixi cinayət 90-cı ilin Qanlı Yanvar qırğını baş verdi: 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olunub, 4 nəfər itkin düşüb. Onlardan – 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi olub.

 Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev oğlu  İlham Əliyevlə birlikdə Azər­bay­ca­nın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq, o dövrkü Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edərək bildirdi ki, bu gün (19-20.01.90) Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır.

Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında xalqın qanı töküldü. Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar dinc əhalini vəhşicəsinə məhv etməyə başladı. Moskvadakı bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Da­ğılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi in­sanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlayır. Amma dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dön­məyə müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirlər. Xalqımızın fəlakətlərə sürük­ləndiyi bir vaxtda, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özlərinə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Nax­çıvan ümumiyyətlə, bütöv Azərbaycan fəlakətdən qorun­muş oldu.

Belə ki, ermənilərin Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hego­mon­luğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, Xocalı faciəsi, bunların ardınca isə Azərbaycanın o zamankı fə­ra­sətsiz rəhbərlərinin yeritdikləri siyasət ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şə­raitdə yarandı. Məlum olduğu kimi, müstəqillik asanlıqla qazanıl­ma­mışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edil­mişdir.

 

Xalqımızın bir müdrik kəlamında deyildiyi kimi: «Su gələn arx­dan bir də gələcək». Nəhayət, 70 il sonra XX əsrin son onilliyində Azadlıq xalqımızın üzünə yenidən güldü. 18 oktyabr 1991-ci ildə Sovet imperiyası dağıdıldı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Azadlıq sədaları yenidən eşidildi. Vətənimizdə Azərbaycan Respublikası adlı müstəqil dövlətçtliyimiz yenidən bərpa olundu. Lakin, yeni dövlətimizin bərpası kəskin qarşıdurmalar əsa­sında baş verdi. Azərbaycan Respublikası bir tərəfdən daxili siyasi çə­kiş­mələrə, digər tərəfdən isə tarixi düşmənimiz Ermənistanın təca­vü­zünə qarşı mübarizə aparırdı…

1991-ci il oktyabırn 18-də Azərbaycan Respublikası parlametində «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Kons­ti­tusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü – müstəqil inkişaf dövrü başlandı.

Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi döv­lət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlü­kə­siz­liyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi və­zi­fələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş, daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məq­sədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edir.

Sonra gənc müstəqil Azərbaycan dövləti iqtisadi, sosial-siyasi və hərbi sa­hədə ilk əsaslı tədbirlərin həyata keçirilməsi asan olmayıb, xeyli çətinlmklərlə üzləşdi. Bu çətinliklər Sovet imperiyası dağılıb tarixə çevrildikdən sonra butun sahələrdə yaranmış gərgin vəziyyətlə və Er­mənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başladığı hərbi təcavüzlə və s. amillərlə bağlı idi. Bu, çox böyük bir tarixi ha­disə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq, de­mok­ra­tiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azər­bay­can dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin, təəs­süf­lər olsun ki, bu sevincimiz içərisində sox acılı, məşəqqətli günlərlə rast­laşdıq.

Təəssüf ki, 1991-1993-cü illərdə   hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət – aydın, ardıcıl və prinsipal bir kursun olmaması idi. Dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında deyil, məsul vəzifə sahiblərinn qrup maraqlarını ifadə edən təsadüfi bəyanatlar, əksər hallarda bir-birini inkar edən, ziddiyyətli və emosional çıxışlar üzərin­də quruldu. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, Milli sərvətlər talan edildi. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, bir qarışıqlıq, «döv­lət reketi» hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxartdı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və dağılma  təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Ələiyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Beləliklə də Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi.

Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə  bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və  qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında  (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər  Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və  özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ-dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı. Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradıılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımiızın 20 faizindən çoxunu zəbt  etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi.  2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına ’’Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matrosçularımızı, gizirlərimizi və genirallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı. Azərbaycanın xöşbəxt gələcəyinə inamı daha da artdı. 1993-cü ilin sonunda və  1994-cü ilin əvvəllərində  ümummilli liderimiz Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra isə döyüşçülərimiz, Füzuli, Goronboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Tərtər bölgəsində düşmən  qüvvələrinə imkan vermədilər. Düşmən xeyli itgiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər azərbaycanlı əsgəri ölümdən xilas etmişdir.

İndi həmin vaxtdan 25 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1990-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçmiş sovet respublikaları içərisində ən yetkin siyasətçi adını qazanmışdır. Təsadüfi deyil ki, Amerikanın siyasi elitası İlham Əliyevi yetkin bir şəxsiyət adlandırmışdır. Heydər Əliyev kursunun ən layiqli davamçısı İlham Əliyevdir.

 

Əgər azadlıq dərk olunmuş həqiqətdirsə, onda həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Həm də ədalət gücdə deyil, güc ədalətdədir.

Böyük Platonun məşhur bir kəlamı var: «Azadlıq bərabərdir xalq üstə gəl şəxsiyyət, şəxsiyyətsiz azadlıq xəyaldır.»

Məhz bu gün Azərbaycanı azadlığa çıxaran  şəxsiyyət Ümummilli liderimiz Heydər Əliyev olmuşdursa, onun azadlıq yolunu davam etdirəcək yeganə şəxs İlham Əliyevdir.

Heydər Əliyev Azərbaycan xalqının atası adına layiqdirsə, İlham Əliyev Azərbaycan xalqının fəxri və gələcəyidir.

Bizim hər birimizin borcudur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşməklə, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq.

2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
     15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Fəxr edirik ki, Ümummilli liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Erənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.