Millinin baş məşqçisi klubların oyununu izləyir

Millinin baş məşqçisi klubların oyununu izləyir


Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyir, baş məşqçilərlə görüşlər keçirir.
Bundan əvvəl "Qarabağ” və "İnter” klublarının oyunlarını və məşqlərini izləyən, həmin klubların baş məşqçiləri ilə görüşən millinin çalışdırıcısı "Xəzər Lənkəran”ın məşqini izləyib, həmçinin baş məçqçi Mustafa Dənizli ilə görüşərək fikir mübadiləsi aparıb.
Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləməklə yanaşı, tanınmış mütəxəssislərlə də görüş keçirir. Almaniyalı mütəxəssis bu dəfə Braziliya futbolunun canlı əfsanəsi, 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Superliqasında çıxış edən "Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşərək fikir mübadiləsi aparıb.
Qeyd edək ki, millimizin üzvü Cihan Özkara "Sivasspor” klubunun futbolçusudur.