"Bakı” Futbol Akademiyasının 2 yetirməsi bu günlərdə "Lans”ın düşərgəsinə yola düşüb. Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçular - Valeh Seyidov və Ülvi Süleymanov "sarı-qırmızılar”ın U-19 komandası ilə birgə təlim-məşq toplanışına qoşulub. Onlara olan ümidləri doğrultmağa çalışan paytaxt təmsilçisinin üzvlərinin hazırlığı Fransa klubunun məşqçilər korpusunu razı salıb.
Hər iki futbolçunun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama oyunlarında meydana çıxması gözlənilir. Artıq "Lans” rəsmi saytı vasitəsi ilə onların təqdimatını keçirib.