"Qalatasaray”dan ayrılan təcrübəli yarımmüdafiəçi Engin Baytar "Rizəspor”la müqavilə bağlayıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, 30 yaşlı futbolçu cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Engin 2011-ci ildə "Trabzonspor”dan "Cim-Bom”a keçmişdi.