"Xəzər Lənkəran” klubu xorvat qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, 30 yaşlı Tomiç ölkəsinin RNK "Split”, "Medimurye” və "Hayduk Split” klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb.
Türkiyə Superliqasının təmsilçisi "Karabükspor”un heyətində üç mövsüm ərzində 80-a yaxın oyunda "çərçivə”ni qoruyan qapıçının son klubu Moldova "Şerif”i olub.
Xorvatiyalı qapıçı ilə "Xəzər Lənkəran” arasında bir il müddətinə müqavilə imzalanıb.