"Təhsil” Respublika İdman Mərkəzində ("Təhsil” RİM) 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 1999-2000-ci illər təvəllüdlülər arasında mini futbol üzrə Respublika birinciliyi keçiriləcək. Yarış yanvarın 17-21-də "Təhsil” Respublika İdman Mərkəzinin mini futbol meydançasında təşkil olunacaq. İlk üç yeri tutan komandalar mərkəzin müvafiq diplomları və kuboklarla təltif olunacaqlar.
* * *
"Təhsil” Respublika İdman Mərkəzinin ağırlıqqaldırma üzrə Respublika çempionatı isə mərkəzin Əmircan qəsəbəsində yerləşən ağırlıqqaldırma zalında keçiriləcək (23-25 yanvar). Bu yarışda respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən UGİM-lərin və filialların komandaları 9 çəki dərəcəsi üzrə mübarizə aparcaqlar.