26 yaşlı yarımmüdafiəçi 2018-ci ilədək “Barselona”da qalacaq

26 yaşlı yarımmüdafiəçi 2018-ci ilədək “Barselona”da qalacaq

"Barselona” klubu təcrübəli yarımmüdafiəçisi Xerard Pike ilə müqaviləni yeniləyib. Bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Kataloniya təmsilçisi 26 yaşlı futbolçusu ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadıb. Bununla da əvvəlki müqaviləsi 2015-ci ildə başa çatacaq futbolçu daha 3 il komandasına xidmət edəcək. Yeni sözləşməyə əsasən o, illik 7 milyon avro maaş alacaq.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Pike 2008-ci ildə İngiltərənin "Mançester Yunayted” klubundan "Barselona”ya transfer olunub.