"Atletiko” klubundan bu il ayrılan ilk futbolçunun adı məlum olub. İspaniya mətbuatının yaydığı məlumata görə, Madrid klubu Leo Baptistanı "Betis”ə icarəyə verib. Razılığa, əsasən, braziliyalı hücumçu mövsümün sonuna qədər "Betis”də oynayacaq.
Qeyd edək ki, ötən mövsüm "Rayo Vallekano”dan "Atletiko”ya transfer olan Baptistan cari mövsümə yaxşı başlasa da, sonradan zədələnmişdi. Bu səbəbdən komandanın baş məşqçisi Dieqo Simeone ona matçlarda şans verməmişdi.