Yığmamızın üzvü əsas komandadan kənarlaşdırıldı

Yığmamızın üzvü əsas komandadan kənarlaşdırıldı

Milli komandamızın üzvü Əli Gökdəmirə növbəti dəfə əsas komandada möhkəmlənmək qismət olmayıb. "Hannover 96” klubunun əsas komandası ilə ilk gündən hazırlıqlarda iştirak edən, hətta Türkiyə toplanışına da aparılan Gökdəmir əsas komandadan çıxarılıb.
Əli Gökdəmir və əslən alban olan isveçrəli yarımmüdafiəçi Adrian Nikçi yanvarın 25-də Bundesliqada "Volfsburq”la keçiriləcək görüşün hazırlıqlarından kənarlaşdırılıb. Yeni baş məşqçi Tayfun Korkutun qərarına əsasən, hər 2 futbolçu "Hannover 96”nın U-23 komandasına geri qaytarılıb.
Qeyd edək ki, Əli Gökdəmir yanvarın 9-dan 17-dək Bələkdə hazırlıq keçən "Hannover 96”nın "Herta” (0:0) ilə yoxlama matçında 90 dəqiqə meydanda olmuşdu. Ancaq futbolçumuz Türkiyə Superliqasının təmsilçiləri - "Fənərbaxça” (1:2) və "Çaykur Rizəspor”la (1:1) görüşlərdə ehtiyatda qalmışdı.