FİFA və AFFA prezidentləri görüşüblər

FİFA və AFFA prezidentləri görüşüblər

Yanvarın 25-də Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Son dövrlərdə Azərbaycanda futbolun inkişafı məqsədi ilə həyata keçirilmiş tədbirlər barədə FİFA rəhbərliyinə ətraflı məlumat verilib. Sonra Bakıda inşası davam edən və 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub, geniş fikir mübadiləsi aparılıb. Yozef Blatter görülən işlərdən razılığını bildirib, Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək "Qadın və İdman” diplomu ilə təltif olunması münasibətilə AFFA-nı təbrik edib. O, həyata keçirilən tədbirlərin ölkəmizdə futbolun inkişafına böyük təkan verəcəyinə inandığını deyib.
Görüşdə FİFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.