“Azərreyl”ə çempionluq kuboku təqdim edildi

“Azərreyl”ə çempionluq kuboku təqdim edildi

Aprelin 25-də Milli Gimnastika Arenasında kişi voleybolçular arasında Yüksək Liqanın mövsüm qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Olimpnews.az" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mərasimdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Roko Sikiriç Bakıda olmaqdan məmnunluğunu ifadə edərək möhtəşəm final oyununun şahidi olduğunu bildirib. O, həmçinin 2026-cı ildə voleybol üzrə Avropa çempionatının bir neçə qrup oyununa Bakının ev sahibliyi edəcəyini xatırladıb.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov isə turnir boyunca komandaların göstərdiyi mübarizəyə diqqət çəkərək hər iki finalçının layiqli çıxış etdiyini qeyd edib. Çempionatda bir sıra yeniliklərin müşahidə olunduğunu deyən federasiya rəhbəri həm qadınlar, həm də kişilər arasında klubların peşəkar səviyyədə oyun nümayiş etdirdiyini bildirib. 
Çıxışlardan sonra mövsüm ərzində  müxtəlif nominasiyalar üzrə fərqlənən idmançılar təltif olunublar.
Ardınca medalçılar - “Azərreyl”, “Murov Az Terminal” və “Xilasedici” komandaları kubok və medallarla mükafatlandırılıb.
Medalları AVF prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və CEV prezidenti Roko Sikiriç, çempionluq kubokunu isə MOK-un baş katibi Azər Əliyev təqdim edib. 
Qeyd edək ki, final qarşılaşmasında “Azərreyl” rəqibi “Murov Az Terminal” üzərində 3:1 hesablı qələbə qazanaraq kişilər arasında Yüksək Liqanın çempionu adına layiq görülüb.
"Murov Az Terminal" gümüş, "Xilasedici" isə bürünc medala sahib çıxıb. 

“Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi “Azərreyl”ə çempionluq kuboku təqdim edildi