Mayın 1-də Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Qeyd edək ki, turnirdə Azərbaycanı 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da, final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, -60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/8 final mərhələsində İndoneziya təmsilçisi Muhammad Fathur Rohman və ya IJF idmançısı Acıtı Dombuu ilə qarşılaşacaq.
-66 kq çəki dərəcəsində Yaşar Nəcəfov yerli idmançı Exson Safarzoda ilə tatamiyə çıxacaq.
-73 kq-da Vüsal Qələndərzadə Çin təmsilçisi Yunlonq Qou və ya qazaxıstanlı Anqsarbek Qaynullin cütünün qalibi ilə üz-üzə gələcək.
-81 kq çəkidə mübarizə aparan Süleyman Şükürovun rəqibi Monqolustan cüdoçusu Batsuqar Qansux olacaq.
-90 kq çəki dərəcəsində iki təmsilçimiz mübarizə aparacaq – Vüqar Talıbov gürcüstanlı Nikoloz Davladze ilə, Elcan Hacıyev isə tacikistanlı Muzamir Karimzoda ilə qarşılaşacaq.
+100 kq çəki dərəcəsində Camal Qamzatxanov IJF idmançısı Artyom Zolotuxinlə, Kənan Nəsibov isə Tacikistan cüdoçusu Rahmatullo Mirzoyevlə döyüşəcək.
"Böyük Dəbilqə" turnirində iştirak edəcək cudoçularımızın ilk rəqibləri müəyyənləşdi
