Madrid klubu da güclənir

Madrid klubu da güclənir

Madrid “Atletiko”su “Villarreal”da çıxış edən cinah oyunçusu Aleks Baena ilə qarşılıqlı razılıq əldə edib. “El Chiringuito”nun məlumatına görə, paytaxt təmsilçiləri İspaniya millisinin 23 yaşlı futbolçusu üçün 55 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Baena bu mövsüm “sualtı qayıqların” heyətində 31 matçda iştirak edib, 6 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.