İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandası Vətənə qayıdıb.
Olimpnews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qəhrəman idmançılarımızı media nümayəndələri, azarkeşlər və yaxınları coşqu ilə qarşılayıblar.
“Light sanda” növü üzrə keçirilən dünya birinciliyində millimiz ümumilikdə 7 medal qazanaraq böyük uğura imza atıb. Təmsilçilərimizdən 5-i qızıl, 2-si isə gümüş medala sahib olub. Bu nəticə ilə Azərbaycan yığması komanda hesabında 3-cü yerə layiq görülüb.
Qızların yarışında ilk dəfə beynəlxalq arenaya çıxan Əminə Əliyeva (11 yaş, 38 kq) dünya çempionu adını qazanıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsidir.
Oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kq), Hüseyn Əliyev (13–15 yaş, 48 kq), Toğrul Mikayılov (böyüklər, 65 kq) və Eller Orucov (böyüklər, 75 kq) dünya çempionu adını qazanıblar. Əli Baxışov (11–12 yaş, 33 kq) və Əkbər Əhmədzadə (13–15 yaş, 70 kq) isə gümüş medalla kifayətləniblər.
Dünya çempionatında 7 medal qazanan kunq-fu komandamız Vətənə qayıdıb

