"Turan Tovuz" Misli Premyer Liqasını böyükhesablı qələbə ilə başa vurdu

"Turan Tovuz" Misli Premyer Liqasını böyükhesablı qələbə ilə başa vurdu

Futbol üzrə Misli Premyer Liqasında sonuncu turun daha bir oyunu keçirilib.

Olimpnew.az xəbər verir ki, “Turan Tovuz” Tovuz şəhər stadionunda “Kəpəz”i qəbul edib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb -4:0. 

QƏrb təmsilçininin heyətində qolları Aleks Souza (10, 23-cü dəqiqələr) və Ayxan Hüseynov (44) rəqib qapısından keçirib. Matçın 42-ci dəqiqəsində isə “Kəpəz”in futbolçusu Turan Manafov topu öz qapısından keçirib. 

Beləliklə, “Turan Tovuz” klubu 55 xalla Premyer Liqanı 4-cü pillədə başa vurub. Gəncə təmsilçisi isə 32 xalla 9-cu pillədə qalıb.