Macarıstan dünya çempionatının yarımfinalında 

Macarıstan dünya çempionatının yarımfinalında 

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatı davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün mundialın 1/4 final mərhələsinə start verilib. Günün ilk oyununda  Macarıstan və Mavritaniya yığmaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun Macarıstan millisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. 
Beləliklə, "Köhnə qitə" təmsilçisi Bakıdakı dünya çempionatının yarımfinalına vəsiqə qazanan ilk komanda olub. Avropalılar finala vəsiqə uğurunda görüşdə Bosniya və Herseqovina - Serbiya cütünün qalibi ilə üz-üzə gələcək.