PSJ pley-offa vəsiq qazandı 

PSJ pley-offa vəsiq qazandı 

ABŞ-da təşkil olunan futbol üzrə Klublararası dünya çempionatında qrup mərhələsinin son turunun oyunları keçirilir. 
Olimpnews.az xəbər verir ki, B qrupunda Fransa çempionu PSJ ilə ABŞ-ın “Sietl” klubu üz-üzə gəlib. Oyun parislilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. PSJ-nin heyətində gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya hesabı açıb. Oyunun 62-ci dəqiqəsində isə Əşrəf Hakimi hesabdakı üstünlüyü iki topa çatdırıb. Beləliklə, Luis Enrikenin komandası bu qələbə sayəsində qrup mərhələsini 6 xalla lider kimi başa vurub. Keçirdiyi hər üç oyunda məğlub olan ABŞ təmsilçisi isə qrup sonuncusudur.