Madrid "Real"ının mərkəz müdafiəçisi David Alaba bu yay klubu tərk etməyəcək.
Olimpnews.az Diario AS-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu cari transfer pəncərəsində klubun uğurları üçün çalışacaq. Məlumat üçün bildirək ki, David Alaba 2021-ci ildən Madrid klubunda oynayır. Yanvar ayında oyunçu çarpaz bağ zədəsindən sonra meydana qayıdıb. Ötən mövsüm ərzində mərkəz müdafiəçisi cəmi 14 dəfə meydana çıxıb.