Çempionlar Liqasında pley-offun ilk iştirakçıları müəyyənləşir

Çempionlar Liqasında pley-offun ilk iştirakçıları müəyyənləşir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər 10 qarşılaşma izləyəcəklər. 

Azərbaycan azarkeşləri üçün günün ən maraqla gözlənilən oyunu Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Azərbaycan çempionu "Qarabağ" ötən həfdə Skopyedə minimal hesabla (1:0) məğlub etdiyi Simali Makedoniyanın "Şkendiya" kollektivini qəbul edəcək. Günün digər oyununda "Qarabağ"ın mərhələ keçəcəyi təqdirdə rəqibi olacaq "Ferenstvaroş" və "Ludoqorets" komandaları üz-üzə gələcək. Türkiyənin "Fənərbağça" klubu isə İstanbulda Niderlandın "Feyenoord" komandasından minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.  Portuqaliyanın "Benfika" klubu isə cavab oyununda Fransanın "Nitsa" klubunu qəbul edəcək.

Günün bütün oyunlarını təqdim edirik:

12 avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi (cavab oyunları)

Saat 20:00, "Qarabağ" - "Şkendiya" (ilk oyun 1:0)

Saat 21:00, "Kopenhagen" - "Malmö" (0:0)

Saat 21:00, "Fənərbağça" - "Feyenoord" (1:2)

Saat 21:00, "Pafos" - "Dinamo Kiyev" (1:0)

Saat 21:00, "Plzen" - "Reyncers" (0:3)

Saat 21:30, "Brügge" - "Zalsburq" (1:0)

Saat 22:15, "Ferenstvaroş" - "Ludoqorets" (0:0)

Saat 22:15, "Slovan Bratislava" - "Kayrat" (0:1)

Saat 23:00, "Benfika" - "Nitsa" (2:0)

Saat 23:00, "Srvena Zvezda" - "Lex Poznan" (3:1).