Xavi Çempionlar Liqasının tarixinə düşüb

Xavi Çempionlar Liqasının tarixinə düşüb


"Barselona”nın yarımmüdafiəçisi Xavi Çempionlar Liqasının tarixinə düşüb. Çempionlar Liqasının ¼ final mərhələsində "Atletiko” ilə oyun zamanı ispaniyalı futbolçunun bütün ötürmələri dəqiq olub.

Kataloniyalıların yarımmüdafiəçisi ötürmələri 100% dəqiqliklə yerinə yetirən ilk futbolçudur.

Xatırladaq ki, Çempionlar Liqasının ¼ finalının "Atletiko” və "Barselona” arasında cavab oyunu "Atletiko”nun qələbəsi ilə (1:0) başa çatıb. İki oyunun nəticələrinə görə yarımfinala Madrid komandası çıxıb.