Norveçlilərin kəşfiyyat ziyarəti

Norveçlilərin kəşfiyyat ziyarəti

Norveç Futbol Federasiyanın nümayəndə heyəti, milli komandasının baş meneceri Quttorm Dillinq başda olmaqla, "Bakı” Futbol klubunun təlim-məşq bazasına baş çəkib. Qısamüddətli səfərin əsas məqsədi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə birgə H qrupunda mübarizə aparacaq Norveç komandasının Bakıdakı oyununa hazırlıq məsələlərini müzakirə etməkdir.
Bazanın infrastrukturu ilə yaxından tanış olan qonaqlar gördüklərindən məmnun qaldıqlarını bildiriblər. Böyük ehtimalla Norveç yığması paytaxtımıza səfər zamanı Azərbaycan yığması ilə oyunun hazırlığın son mərhələsini məhz "Bakı”nın bazasında keçirəcək.
Xatırladaq ki, Azərbaycan-Norveç oyunu bu il noyabrın 19-da keçiriləcək.