Devid Bekhemin viski şüşələri

Devid Bekhemin viski şüşələri


Məşhur futbolçu Bekhem tərəfdaşı və musqi prodüseri Saymon Fuller ilə "Haig Club” adlı yeni viski markasını buraxmağı düşünür. Viski tünd göy rəngli şüşədə buraxılacaq.
İçkinin qiyməti təxmiənən 65 dollar olacaq. Viskinin istehsalçılarının rəsmi saytında bildirilir ki, Bekhem və Fuller bu layihənin həyata keçirilməsində aparıcı rol oynayırlar. Həm də onlar bu işə yeni istehlakçılar cəlb etməlidir. Lakin istehlakçılarla sövdələşmənin maliyyə şərtləri açıqlanmır.
Xatırladaq ki, Bekhem İngiltərə millisinin kapitanı olub, karyerası ərzində "Mançester Yunayted”, "Milan”, "Real Madrid”, "Los-Anceles Qelaksi” və "PSJ” klublarında çıxış edib. O, keçən il 38 yaşında karyerasına son qoyub.