"Zenit”in sabiq oyunçusu Erik Hagen Sankt-Peterburq klubunun danışılmış oyunlarda iştirakı barədə dediyi sözlərlə bağlı İsveçrədə UEFA-nın komissiyasına ifadə verib. Norveç Futbol Federasiyasının (NFF) vitse-prezidenti Sveyn Qraff nə 38 yaşlı futbolçunun, nə də NFF-nin ifadələrlə bağlı şərh verə bilməyəcəyini bildirib.Xatırladaq ki, Hagen müsahibəsində o və "Zenit”dəki komanda yoldaşları ilə birgə UEFA kubokunun oyunlarından biri ərəfəsində hakimi ələ almaq üçün pul yığdıqlarını bildirib. Norveçli futbolçunun sözlərinə görə, bu iş üçün hər futbolçu 3 min dollar verməli idi.
"Zenit”in nümayəndələri isə bu məlumatı təksiz ediblər. Amma Hagenin sözlərinin 2005-ci ildə keçirilən "Zenit” - "Gimaraeş” (Portuqaliya) oyununa aid olduğu güman edilir.
Hagenin 2005-2008-ci ildə "Zenit”də çıxış etdiyini, 2004-2007-ci illərdə isə 28 oyunda (3 qol) Norveç millisinin formasını geyindiyini də xatırladaq.