Blatter Ronaldonun evində qalacaq?

Blatter Ronaldonun evində qalacaq?


FIFA-nın prezidenti Yozef Blatter Braziliyada keçiriləcək dünya çempionatı zamanı Ronaldonun villasında qalmayacaq. Xatırladaq ki, KİV dünya futbolu rəhbərinin altı həftə ərzində məşhur braziliyalı forvardın evində kirədə yaşayacağı və buna görə yarım milyon avro ödəyəcəyi barədə xəbər yaymışdılar. FIFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Blatter Braziliyada oteldə qalacaq.
ANSA agentliyi mənbənin sözlərini belə təqdim edib: "Düzdür, Ronaldo villasını kirə olaraq verir. Amma orada FIFA-nın baş katibi Jerom Valke qalır. Özü də real qiymətlər yazılandan çox aşağıdır. Blatter özü isə oteldə yaşayacaq”.