Hakimlərin danışıqları mikrofonla yazılacaq

Avstraliya çempionatının həlledici oyunlarında hakimlər mikrofonla təchiz olunacaqlar. Oyunları yayımlamaq hüququna sahib olan teleşirkət onların danışıqlarını yazacaq. Audioyazılar canlı yayımda verilməyəcək, amma onlar oyunsonrası icmallarda və analitik verilişlərdə istifadə olunacaq. Qeyd edək ki, belə təcrübə tez-tez reqbidə işlədilir. Teleşirkətin rəhbərliyinin fikrincə, bu, azarkeşlərə hakimlərin qərarlarını daha yaxşı anlamaqda yardımçı olacaq.