Azərbaycanda “Tolerantlıq Kuboku” uğrunda mini futbol turniri keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur. Bu cür tədbirlərin dünya təcrübəsində eyni dinə mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub.
Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək.
Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq.
Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:
"A" qrupu
Süleyman (Xəzər)
Müşfiqabad (Qaradağ)
İmam Rza (Xəzər)
İmam Hüseyn (Sabunçu)
"B" qrupu
Hacı Əjdərbəy (Nəsimi)
Katolik Kilsəsi
Səngəçal (Qaradağ)
Xanım Zəhra (Yasamal)
"C" qrupu
Həzrət Məhəmməd (Səbail)
Məşədi Dadaş (Nəsimi)
BDU İlahiyyat
"Cümə" məscidi (Sumqayıt)
"D" qrupu
Yəhudi icması
Pravoslav Kilsəsi
İrfan (Binəqədi)
Həyat Sözü.