Lay`s çipslərinin istehsalçısı olan şirkət "Barselona” klubunun məşhur futbolçusunun iştirakı ilə geniş marketinq kampaniyasına start verib.
Еurosport.ru xəbər verir ki, şirkət bu qərarı Braziliyada keçiriləcək Dünya Çempionatı ərəfəsində qəbul edib. Kampaniya televiziya reklamı və kənar reklamları nəzərdə tutur. Reklam internetdə, dünyanın 60-dan çox ölkəsində, o cümlədən, Rusiyada yayımlanacaq. İndi hər bir çips bağlamasının üzərində argentinalı forvardın gülümsəyən siması əks olunacaq.

Reklam çarxı 3 gün ərzində Braziliyanın Rio-de-Janeyro və İspaniyanın Barselona şəhərlərində çəkilib.