Berluskoni “Milan”ı 500 milyon avroya satacaq?

Berluskoni “Milan”ı 500 milyon avroya satacaq?


Tanınmış milyonçu Piter Lim "Milan”ı almaq cəhdlərindən əl çəkmir. Sinqapurlu milyonçu futbol klubunu almaq üçün təklifini 500 milyon avroya qədər artırıb. "La Gazzetta dello Sport” nəşri bu haqda məlumat yayıb.
Sövdələşməni həyata keçirmək üçün Lim məşhur futbol agenti Jorj Mendeşlə razılığa gəlib. Daha əvvəl Limin "Milan” klubunun 51 faiz aksiyasını əldə etmək üçün 300 milyon avro təklif etdiyi məlumdur. Lakin klubun sahibi Silvio Berluskoni aksiyaların 30 faizdən çoxunu satmaq istəmədiyini bildirib.
Bununla yanaşı Lim "Liverpul”, "Valensiya”, "Atletiko” futbol klublarının da aksiyalarını almaq niyyətində olub.