Qazaxda mini futbol turniri keçiriləcək

Qazaxda mini futbol turniri keçiriləcək

Aprelin 26-da Qazax rayon Olimpiya İdman Kompleksində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini futbol üzrə açıq Qazax rayon turniri keçiriləcək. Yarışın təşkil olunmasında əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarının səmərəli istifadə edilməsinin təşkili, milli-mənəvi dəyərlərimizin aşılanması, gənclərin vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və rayonda mini futbol idman növünün inkişaf etməsinə nail olmaqdır.
Qazax Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, "Gəncliyin Təşəbbüsü” MİB və "Qazax Olimpik” MMC tərəfindən təşkil olunan yarışlara mayın 5-də yekun vurulacaq. Qalib komandalar kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.