Sifariş kitabı UEFA-ya təqdim olunub

Sifariş kitabı UEFA-ya təqdim olunub


Xəbər verdiyimiz kimi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb. 2013-cü il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Artıq AFFA tərəfindən Sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.
Xatırladaq ki, EURO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.