Məşhurlar bananı kimin üçün yedilər?

Məşhurlar bananı kimin üçün yedilər?


Bir neçə məşhur futbolçu "Barselona”nın futbolçusu Dani Alveşə dəstək nümayiş etdirib. Onlar bananla şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. Ilk belə dəstək Alveşin komanda yoldaşı Neymardan gəlib: "Biz hamımız bərabərik, irqçiliyə yox deyirəm! Biz hamımız meymunuq və biz hamımız eyniyik. 2014-cü ildə irqçiliyin olması rüsvayçılıqdır. Artıq "kifayətdir!” deməyin vaxtı çatıb!”, - deyə Neymar şəkilinin altından yazıb.
Rusiyanın "Zenit” klubunun futbolçusu Halk da məsələyə biganə qalmayıb. O, ailə üzvləri ilə birgə əllərində banan şəkil çəkdirib və altından "qardaşımın sağlığına”, - deyə yazıb. Əfsanəvi müdafiəçi Roberto Karlos da həmyerlilərini dəstəkləyib. "İrqçiliyə yox deyirəm. Biz hamımız bərabərik”, - deyə futbolçu İnstagram-a qoyduğu şəkilə şərh olaraq yazıb. Məsələyə Argentina yığmasının və "Mançester Siti”nin futbolçusu Serxio Aquero da münasibət bildirib. "Mən Braziliyadan olan həmkarım Marta ilə "İrqçiliyə yox deyirəm”. Biz hamımız bərabərik”, - deyə hücumçu qeyd edib.
Xatırladaq ki, aprelin 27-də İspaniya çempionatı çərçivəsində "Vilyareal” ilə oyun zamanı "Barselona”nın futbolçusu Dani Alveşə tribunadan banan atılıb. O isə bananı yerdən götürərək yeyib.