Tanınmış jurnalist Dani Alvesə dəstək nümayiş etdirdi

Tanınmış jurnalist Dani Alvesə dəstək nümayiş etdirdi


Türkiyənin tanınmış jurnalist-yazarı, CNN Türkün tanınmış siması Cüneyd Özdemir iştirak etdiyi televiziya proqramında banan yeyib. Özdemir bu hərəkəti ilə "Barselona” klubunun futbolçusu Dani Alvesə öz dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Villarreal” - "Barcelona” arasında keçirilən oyunda azarkeşlərdən biri Dani Alvesin irqini təhqir etmək üçün ona banan atmışdı. Alves isə özünü itirməyərək həmin bananı soyub yemişdi. Bu hadisədən sonra İtaliyanın baş naziri Mateo Renzi sosial şəbəkədəki "Hamımız meymunuq” kampanaiysına qoşularaq Alvesə dəstəyini nümayiş etdirib.

Alvesə bu hərəkəti edən həmin azarkeş isə saxlanılıb və onun "El Mandigral” stadionuna girişinə ömürlük qadağa qoyulub.