Ölkədə Olimpiya Hərəkatının rəhbər orqanı olan Milli Olimpiya Komitələri (MOK) Beynəlxalq İdman Federasiyaları (BİF) ilə birlikdə beynəlxalq Olimpiya sistemində vacib strukturlardan biridir. MOK-lar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiq olunurlar. Təsdiq olunmamış MOK-lar idmançılarını Olimpiya oyunlarına göndərə bilməzlər.
Olimpiya Xartiyasında qeyd olunduğu kimi MOK-ların missiyası öz ölkələrində Olimpiya hərəkatının inkişafı və müdafiəsindən ibarətdir. MOK-un vəzifələri milli səviyyədə və idman fəaliiyyəti çərçivəsində olimpizmin əsas prinsipləri və bu işə yardım təbliğatı ilə yanaşı, məktəb və ali təhsil müəssisələrinin bədən tərbiyə və idman üzrə təhsil proqramlarında olimpizmin genişlənməsinə xidmət edirlər.
MOK-ların vəzifəsi öz ölkələrində Olimpiya Xartiyasının qaydalarına- idmanın yüksək səviyyədə inkişafı, onun təbliği; idman kadrlarının hazırlanmasına kömək göstərmək və bu məqsədlə kursların təşkil olunması və həmin kurslarda olimpizmin əsas prinsiplərinə əməl edildiyinə nail olmaq; idmanda hər hansı hüquq pozuntularına və zorakılığa, eləcə də BOK və ya BİF tərəfindən qadağan edilmiş preparat və proseduraların işlənməsinə qarşı mübarizə aparmaq; - riayət etməkdən ibarətdir. MOK-lar ölkələrinin Olimpiya oyunlarında, eləcə də, BOK-un rəhbərliyi altında keçirilən regional və kontinental və ya ümümdünya kompleks idman yarışlarında təmsil olunmasında istisna hüquqlara malikdir. Onlar həm də, öz ölkələrində Olimpiya oyunlarının keçiriləcəyi şəhərin seçilməsində azaddırlar. MOK-lar öz muxtariyyətini qorumalı, Olimpiya Xartiyasının tələblərinə zidd olan siyasi, dini və iqtisadi təzyiqlərə qarşı mübarizə aparmaladır. Onlar Olimpiya Xartiyasının qanun və qaydalarına zidd olan heç bir fəailiyyətə qoşula bilməz. Əgər bu barədə pozuntu halları baş verərsə, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya hərəkatından xaric etmək və ya təsdiq hüququndan məhrum etmək barədə ölçü götürmək və müvafiq sanksiyalar qəbul etmək hüququna malikdir.MOK-un tərkibinə həmin ölkənin BOK-dan olan üzvləri (əgər belələri varsa), idmanın Olimpiya növləri üzrə milli federasiyaların nümayəndələri (minimum 5 milli federasiyadan), Olimpiya oyunlarının idman iştirakçıları (idmanı tərk edən və hal-hazırda fəailiyyət göstərənlər) daxildir. Hökümət və digər ictimai orqanlar MOK-un üzvlərini təyin edə bilməz. MOK-lara adların verilməsi onun ərazi sərhədlərinə, ölkənin ənələrinə uyğun gəlməli və BOK tərəfindən təsdiq olunmalılır. MOK idmanın hər növündən yalnız bir milli federasiyaya malik olmalı və bu federasiya BOK tərfindən qəbul edilmiş BİF-a daxil olmalıdır. MOK vacib vəzifələrindən biri də nümayəndiliyin təşkili və Olimpiya oyunlarında BOK-un rəhbərliyi altında keçirilən regional, kontinental və ümumdünya yarışlarında onlara rəhğərlik işini təmin etməkdən ibarətdir. MOK federasiyaların bildirişini, iştirakçıların idman nailiyyətlərini və eləcə də hər bir idmançının ölkəsində nüsunəvi fəalilyyətini nəzərə alaraq iştirakçıların nümayəndəliyə seçilmə işini həyta keçirir və onların təchizat, gediş, yerləşdirilmə və sığorta məsələrini də həll edir. BOK Milli olimpiya komitələrinə olimpiya hərəkatının populyarlaşması məqsədi ilə olimpiya günü və ya həftəsini təşkil etməyi tövsiyə edir. 1994-cü ilin yanvarın 1-ə olan hesablamalara görə BOK tərəfindən indiyədək 195 MOK-ı təsdiq edilmişdir. İkinci dünya müharibəsindən sonra MOK-ların sayının materiklər və ölkələr üzrə artımı aşağıdakı cədvəldə verilmişdir. Materik MOK-ların sayı 1947 1979 1990 1994Avropa 25 33 33 47 Asiya 6 29 39 44 Amerika 14 35 35 42 Afrika 3 39 44 51
Avstraliya 2 4 10 11
Okeaniya
Cəmi: 50 140 161 195
Milli Olimpiya Komitələrini bir araya toplayan və ondların işinə nəzarət edən Milli Olimpiya Komitələri Assosiyası (ANOK) 1968-ci lidə yaradılıb. Bu təşkilatın yaranmasına BOK və MOK-lar arasındakı əlaqələr birtərəfli xarakter daşıyırdı. ANOK-un fəailiyyət istiqamətləri aşağıdakılardır:
Beynəlxalq Olimpiya Komitəsi və MOK-lar arasında sıx əməkdaşlığı təmin etmək, qabaqcıl iş təcrübəsini və məlumatları yaymaq, Olimpiya hərəkatının genişlənməsinə yönəlmiş layihə və təkliflərin işlənməsi və onların BOK-a qəbul edilməsi, ölkənin idman hərəkatında MOK-ların rolunun güclənməsi, təşktlatı məsələlər, ixtisaslı və peşəkar kadrların hazırlanması, idman komplekslərinin tikintisi və digər məsələlərdə geniş və hərtərəfli texniki yardım.
Afrika Milli Olimpiya Akademiyası Assosiyası (ANOKA), Asiya Olimpiya Şurası (OKA), Pan-Amerika İdman Təşkilatı (ODEPA), Avropa Milli Olimpiya Komitələri Assosiyası (AENOK), Okeaniya Milli Olimpiya təşkilatı (ONOK) belə təşkilatlardandır. Bu təşkilatların əsas vəzifəsi dünyanın müxtəlif kontinent və regionlarında Olimpiya idmanını inkişafını təmin etməyə xidmət edir.
BOK-un rəhbər orqanlarının strukturu
Beynəlxalq İdman Federasiyaları (BİF) və fəailiyyətinin əsasları
Olimpiya Xartiyasına müvafiq olaraq Beynəlxalq Olimpiya Komitəsi Olimpiya hərəkatına kömək məqsədi ilə ümumdünya səviyyəsində idmanının bir və ya bir neçə növlərinə rəhbərlik edən, eləcə də tərkibində həmin növlər üzrə rəhbərliyi milli səviyyədə həyata keçirən təşkilatlar da daxil olmaqla, beynəlxalq qeyri-dövlət təşkilatlarını beynəlxalq idman federasiyası (BİF) kimi qəbul edə bilər. BİF-lər sərbəst və müstəqil fəaliyyətə malikdir.
Maraqlıdır, idmanın Olimpiya növləri üzrə bəzi beynəlxalq federasiyalar BOK yaranmamışdan əvvəl fəailiyyət göstəriblər. XX əsrin əvvəllərində keçirilən beynəlxalq idman tədbirləri yarış reqlamentini reallaşdıran vahid qayda və normaların mövcudluğunu ölkələrarası beynəlxalq idman əlaqələrinin inkişafında mühüm amil olduğunu bir daha sübut etdi. Bu səbəb müxtəlif idman növləri üzrə beynəlxalq idman birliklərinin yaranmasına təkan verdi. Bu işdə ilk qaranquş 1881-ci ildə yaradılmış Beynəlxalq Gimnastika federasiyası oldu.
Beynəlxalq Olimpiya komitəsinin yaranması və Olimpiya oyunlarının müntəzəm keçirilməsi beynəlxalq idman federasiyalarının təşkilini stimullaşdırdı. 1900-1908-ci illər ərzində daha 7 beynəlxalq federasiya yaradıldı. Bunlar Beynəlxalq Velosipedçilər İttifaqı (1900), Beynəlxalq Futbol Federasiyası (1904), Beynəlxalq Avtomobil idmanı Federasiyası (1904), Beynəlxalq Atıcılıq İdman İttifaqı (1907) və digəriləri idi.
İdmanının ayrı-ayrı növləri üzrə keçirilən dünya və Avropa çempionatları tədricən vahid qayda və şərtlərə əsaslanan beynəlxalq idman federasiyalarının öhdəsinə keçdi. 1891-ci ildə Hamburq şəhərində fiqurlu konkisürmə üzrə keçirilən Avropa birinciliyi uğrunda yarışların təşkili uğurla başa çatdı. 1892-ci ildə Vyanada sürətli konki yarışları üzrə Avropa, 1893-cü ildə isə Amsterdam şəhərində idmanın həmin növü üzrə dünya birinciliyi keçirildi. Beynəlxalq Gimnastika federasiyası 1903-cü ildə dünya birinciliyi uğrunda yüksək səviyyədə çempionatın keçirilməsinə nail oldu.
Əvvəllər beynəlxalq idman federasiyaları Olimpiya oyunlarının təşkili, yarışların proqramı, qaydalar və münsiflər kollegiyasının işinda iştirak etmirdilər. Bu məsələlərin həlli üçün məsuliyyət Olimpiya oyunlarını həyata keçirən ölkələrin idman təşkilatlarının üzərinə düşürdu. Lakin 1908-ci ildə Londonda keçirilən IV Olimpiya Oyunlarında ABŞ və İngiltərə nümayəndələri arasında yaranan fikir ayrılığından sonra, BOK-un üzvlərinin əksəriyyəti milli idman qurumlarını Olimpiya oyunlarının proqramı və iştirakçıların seçilməsi ilə bağlı səlahiyyətlərdən azad etmək barədə razılığa gəldilər. BOK 1914-ci ildə Paris şəhərində Olimpiya oyunlarının proqramına daxil olan müvafiq idman növləri üzrə nəzarət hüququnun idman federasiyalarına verilməsi barədə qərar qəbul etdi. Hazırda dünyada fəaliyyət göstərən 80-ə yaxın BİF-dən 31-i Olimpiya idmanı federasiyalarıdır.
Yay Olimpiya idman növləri üzrə
Beynəlxalq Həvəskar Atletika Federasiyası (İAAF)
Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA)
Beynəlxalq Badminton Federasiyası (İBF)
Beynəlxalq Beysbol Federasiyası (FİBA)
Beynəlxalq Basketbol Federasiyası (FİBA)
Beynəlxalq Həvəskar Boks Assosiyası (AİBA)
Beynəlxalq Baydarka və Kanoedə Avarçəkmə federasiyası (İKF)
Beynəlxalq Velosipediçilər İttifaqı (USİ)
Beynəlxalq Atçılıq Federasiyası (FEİ)
Beynəlxalq Qılıncoynatma Federasiyası FİE)
Beynəlxalq Futbol Federasiyası (FİFA)
Beynəlxalq Gimnastika Ffederasiyası (FİG)
Beynəlxalq Ağır atletika federasiyası (İVF)
Beynəlxaln Həndbol Federasiyası (İQF)
Beynəlxalq Ot üstündə Hokkey Federasiyası (FİX)
Bkeynəlxalq Cüdo Federasiyası (FİD)
Beynəlxalq Həvəskar Güləş Federasiyası (FİLA)
Beynəlxalq Həvəskar Üzgüçülük Federasiyası (FİNA)
Beynəlxalq Biatlon və müasir beşnövçülük ittifaqı (UİPMB)
Beynəlxalq Tennis Federasiyası (İTF)
Beynəlxalq Stolüstü Tennis Federesiyası (İTTF)
Beynəlxalq Atıcılıq İdmanı federasiyası (UİT)
Beynəlxalq Kamandan Oxatma federasiyası (FİTA)
Beynəlxalq Voleybol Federasiyası (FİBV)
Beynəlxalq Yelkən idmanı Federasiyası (İYRU)
Beynəlxalq Üzgüçülük Federasiyası
Beynəlxalq Taekvondo Federasiyası
Qış Olimpiya Oyunları
Beynəlxalq Bobsley və Toboqqan Federasiyası (FİBT)
Beynəlxalq Buz üstündə Hokkey Federasiyası (İİXF)
Beynəlxalq Biatlon və müasir beşnövçülük ittifaqı (UİPMB)
Beynəlxalq Kirşə idmanı Federasiyası (FİL)
Beynəlxalq Konki idmanı Federasiyası (İSU)
Beynəlxalq Dağ xizəyi idmanı Federasiyası (FİS)
Bunlardan başqa, Beynəlxalq Olimpiya Komitəsi qış idman növlərinin inkişafını stimullaşdırmaq üçün bəzi federesayaları da qəbul edir:
Beynəlxalq Batutdan tullanma Federasiyası
Beynəlxalq Pilot Federasiyası
Beynəlxalq Kville Federasiyası
Ümumdünya Skvoş Federasiyası
Beynəlxalq Bouilinq Federasiyası
Beynəlxalq Alpinizm Assosiyası İttifaqı
Beynəlxalq Roliklə Konkisürmə Federasiyası
Beynəlxalq Aeronavtika Federasiyası
Beynəlxalq Korfbol federasiyası
Beynəlxalq Bələdçi İdmanı Federasiyası
Beynəlxalq Su xizəyi idmanı Federasiyası
Beynəlxalq Reketsbol federasiyası
Beynəlxalq Netbol assosiyası Federasiyası
Beynəlxalq İdman akrobatikası Federasiyası
Beynəlxalq Triatlon İttifaqı
Beynəlxalq Softbol federasiyası
Ümumdünya Həvəskar Qolf Şurası
Bu federasiyaların nəzarəti altında olan idman növləri tez-tez BOK-un köməyi ilə təşkil olunan kontintental və regional oyunların proqramına daxil edilir.
Olmipiya xartiyası BİF-nın Olimpiya hərəkatında rolunu belə xarakterizə edir:
müvafiq idman növləri üzrə məşğələ qaydalarının yerinə yetirilməsi, işlənib hazırlanması və bu qaydaların həyata keçməsinə nəzarət etmək;
idmanının dünyada özünəməxsus inkişafının təmin etmək;
bünövrəsi Olimpiya Xartiyasında qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsinə yardım göstərmək;
Olimpiya Xartiyasına müvafiq olaraq Olimpiya oyunlarnıda keçiriləcək yarışlarda özünün dərəcələrini müəyyənləşdirmək və onları BOK-un təqdimatına vermək;
BOK-un rəhbərliyi altında həyata keçirilən Olimpiya oyunlarında idmanının özünəməxsus növlərinə nəzarət və rəhbərlik məsuliyyətini öz üzərinə götürmək;
"Olimpiya həmrəyliyi” proqramı üçün nəzərdə tutulmuş texniki köməyi təmin etmək;
Beynəlxalq Olimpiya sisteminin tərkib hissəsi kimi, BİF-lər eyni zamanda müstəqil idman təşkilatlarıdır. 1967-ci ildə Beynəlxalq İdman Federasiyalarını (BİF) birləşdirən Baş Assambleya yaradıldı. 1976-cı ildən isə bu təşkilat Beynəlxalq İdman Federasiyaları Baş Assosayiası (BİFBA) adlanır. Təşkilatın ştab-qərargahı Monakoda yerləşir.
BİFBA tərkibində 75 beynəlxalq təşkilatı birləşdirən böyük bir idman təşkilatıdır. BİFBA-dan başqa, BİF daha üç birliyə malikdir. Bunlar Yay idman növləri üzrə Beynəlxalq Olimpiya Federasiyaları Assosiyası (ASOİF), Qış idmanı növləri üzrə Beynəlxalq Federasiyalar Assosasiyası (AİVF) və BOK tərəfindən qəbul edilmiş Beynəlxalq Federasiyalar Assosasiyalarıdır (ARİSF).