Dilqəm Quliyev haqqında yeni kitab hazırlanır

Dilqəm Quliyev haqqında yeni kitab hazırlanır

Hörmətli dostlar, Sizi ürəkdən salamlayırıq! Nəzərinizə çatdirmaq istərdik ki, bu günlərdə Dilqəm Qasım oğlu Quliyevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 ili tamam olacaq. Bu münasibətlə kitab hazırlanır. Yubilyarın öz yaradıcılıq gecəsində iştirak etmək, ona ürək sözlərini bildirmək istəyən insanlar üçün elektron imkanlar yaradıb. Bunun üçün müraciətlərini fotoşəkil olmaqla Dilqəm Quliyevin elektron ünvanına göndərə bilər - [email protected]

Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Qasım oğlu Quliyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti

- 1950 – ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur.

- 1958-1967 – ci illərdə təhsilini Şahtaxtı kənd orta məktəbində almışdır.

- 1967 - ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhlə işləmişdir.

- 1968-1970 - ci illərdə Lipetski şəhərində hərbi xidmətdə olmuşdur.

- 1970 – ci ildə hərbi xidmətdə olarkən beşnövçülük üzrə idman ustası normasını yerinə yetirmişdir.

- 1972 - ci ildə sərbəst güləş üzrə idman ustası normasını yerinə yetirib.

- 1972 - ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu bitirmişdir.

- 1972 - ci ildə Şahtaxtı kəndində əmək haqqı üzrə mühasib vəzifəsində çalışmışdır.

- 1973-74 – cü illərdə Naxçıvan Muxtar Respublika Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışmışdır.

- 1972-1974 - cü illərdə əvəzçilik üzrə Naxçıvan MR «Spartak» Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışmışdır.

- 1974 - cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə qəbul olunmuşdur.

- 1978 - ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

- 1978 - ci ildə təyinatla həmin institutun «Güləşmə və onun metodikası» kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır.

- 1984 - cü ildə Azərbaycan Respublikası Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, sonra Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, indiki Azərbaycan Respublikası Təhsil İnstitutunun dissertantı olmuşdur.

- 1989 – cu ildə müəllim, 1990 - cu ildə isə baş müəllim işləyib.

- 1991-2001 - ci illərdə Akademiyanın tərbiyə işləri üzrə prorektoru olub.

- 2001-2015 - ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

- 1993 – cü ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olub.

- 1994 - cü ildən Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi və Bədən Tərbiyəsi və İdman Əlaçısıdır.

- 1994 - ci ildən Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.

- 1994 - ci ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi Turqud adına təqaüd almışdır.

- 1996 - cı ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adına layiq görülüb.

- 1996 - cı ildən AAK-ın qərarı ilə dosent olub.

- 1998 - ci ildən Azərbaycan Olimpiya Akademiyasının “Kütləvi İdman” bölməsinin sədridir.

- 1998 - ci ildən Azərbaycan DBTİA-nın «İdmançı» qəzetinin baş redaktorudur.

- 2000 - ci ildən Gənc Vətənpərvərlik Birliyinin BTİA-nın dayaq Mərkəzinin sədridir.

- 2001- ci ildə “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası –70” salnamənin müəllifi olub.

- 2001 - ci ildə «Tərəqqi» medalına layiq görülmüşdür.

- 2003 - cü ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvüdür.

- 2004 - cü ildə AAK-ın qərarı ilə professor adı verilmişdir.

- 2004 - cü ildə Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi.

- 2004 - cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu bitirmişdir. (Qeydiyyat nömrəsi “851”)

- 2006 - cı ildə Azərbaycan Respublikanın «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adına layiq görülmüşdür.

- 2006 - cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

- 2008 - cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi - Metodik Şurasının sədr müavini olub.

- 2008 - ci ildə internet saytında Azərbaycanın idman tarixinin tərtibatçısı olub.

- 2009 – cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Elmi Xəbərlər” jurnalının baş redaktorunun müavini olub.

- 2009 - «OlimpSport» jurnalının fəxri redaksiya heyətinin üzvüdür.

- 2010- cu ildə “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası –80” salnamənin müəllifi olub.

- 2013- cü ildə MOK-un inzibati binasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə “Azərbaycan idman tarixində Heydər Əliyev mərhələləri (1969-1982; 1993-2003)” kitabının təqdimat mərasimi keçirilmişdir.

- 2015- ci ildə “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası –85” salnamənin müəllifi.

- 2015 - ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ADBTİA-nın 85 illik yubleyi münasibəti ilə bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə “Fəxri Fərmanla”la təltif olunmuşdur.

- 2015- cı ildə Beynəlxalq Olimpiya Akademiyasının II konfransında fəal iştirakına və çıxışına görə fəxri fərmanla mükafatlandırılmışdır.

- 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında Media Akreditasiyasının üzvü seçilmişdir.

- 2017-ci ildə Bədən tərbiyəsi və idman sahəsində 1930-2018-ci illər ərzində yeganə və ilk dəfə olaraq Azərbaycanda “Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda pedaqogika üzrə elmlər doktoruluq dissertasiyasını müdafiə etmişdir (7 noyabr 2017-ci il, Bakı ş.). 2018-ci il 4 iyulda AAK tərəfindən pedaqogika üzrə elmlər doktoruluq diplomu təsdiq olunub.

- 2018- ci il mayın 25-də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşəbbüsü ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabın təqdimat mərasimi keçirilib.

- 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «İlin elm adamı” Fəxri adına layiq görülmüşdür.

- Dilqəm Quliyev özünün tədqiqatlarını davam etdirir. Onun indiyədək 400-dən çox əsəri və 300-ə yaxın elmi-pedaqoji və publisistik qəzet məqalələri çap olunmuşdur. Onlardan:

-100-dən çoxu kitab;

-8 dərslik;

-25 monoqrafiya;

-16 dərs vəsaiti;

-7 tədris vəsaiti;

-21 metodik vəsait;

-10 metodiki göstəriş (1-i ingilis dilində);

3 metodiki tövsiyə;

90-a yaxın jurnal məqaləsi (68-i xarici ölkələrdə: RusMoskva, Polşa, Yunanıstan, Bolqarıstan, Rusiya, Türkiyə və b.);

2 məqalə (orta ümumtəhsil dərslik kitablarında);

3 proqram;

93-ü tezislərdir (27-si xarici ölkədə. Tallin, Moskva və b.).

- Professor Dilqəm Quliyev 2000-ci ildən AAK-ın qərarı ilə dissertant və aspiranta elmi rəhbər olmaq səlahiyyəti almışdır. Həmin ildən başlayaraq o, yüksək ixtisaslı kadrların hazırlanması işinə ciddi fikir vermiş, 27-i nəfərə elmi rəhbərlik, 2 nəfərin namizədlik dissertasiyasına isə opponentlik etmişdir.

Onun rəhbərlik etdiyi dissertant və magistrantlar fiziki tərbiyənin ən aktual mövzularına həsr edilmiş namizədlik və magistrlik dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Onlardan Türkiyə Cümhuriyyəti vətəndaşları R.Nazim, M.Sayqılı, İ.Aslan, A.Dede, M.Seda, E.Taşş, G.Canpolat, azərbaycanlı R.Əbdürrəhmanov, S.Mürəkkəbçi, Y.Babanlı, E.Taş və b. göstərmək olar. Hazırda onun rəhbərliyi altında iki nəfər aspirant və üç nəfər magistrant öz tədqiqatları üzərində işləyir.

1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması barədə imzaladığı Fərmanla əlaqədar Əsasnamənin hazırlanmasında Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə birlikdə (bədən tərbiyəsi və idman sahəsi) fəal iştirak etmişlər.

D.Quliyev respublikamızda milli güləşin inkişafında böyük təbliğat işi aparan, habelə milli xalq oyunlarını əhali arasında yayan istedadlı təşkilatçılardan biridir. D.Quliyev radio, televiziya və dövri mətbuatda müxtəlif çıxışlarında və yazıları ilə xalq oyunlarını, habelə milli güləşin qədim köklərini, bədən tərbiyəsi və idmanın inkişaf tarixini və onun gələcək inkişafını geniş təbliğ edir, keçmiş ittifaq və respublika miqyasında keçirilən milli və sərbəst güləş yarışlarında hakim kimi də fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, keçmiş SSRİ məkanında keçirilən yarışlarında yüksək səviyyədə hakimlik edərək, fəxri fərmanlarla təltif olunmuşdur.

1990-cı ildə D.Quliyev keçmiş SSRİ və respublika miqyaslı güləşmə yarışlarının təşkili və keçirilməsində də yaxından iştirak etmişdir.

O, 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirmişdir. O 38 ildən çoxdur ki, məşqçilik-müəllimlik fəaliyyəti ilə məşğuldur. Bu müddət ərzində Akademiyanın tələbələrindən 6 – nəfər əməkdar idman ustası, 76 – nəfər beynəlxalq dərəcəli idman ustası, 1591 – nəfər idman ustası, 1673- nəfər idman ustalığına namizəd hazırlanmışdır. Tələbələrdən bir çoxu dünya, Avropa çempionları və mükafatçıları olmuşlar. Onlardan N.Əlicanov, R.Hacıyev, R. Namazov və b. göstərmək olar. D.Quliyev respublika miqyaslı güləş yarışlarının keçirilməsində və təşkilində də fəal iştirak edir.

1978-2010-cu illərdə D.Quliyevin rəhbərliyi və əməyi nəticəsində Akademiyanın tələbələri Olimpiya Oyunlarının, Avropa, dünya çempionatlarının, birinciliklərinin, ali təhsil məktəbləri arasında keçirilən Universiadalarda qalib və mükafatçılar olmuşlar.

Belə ki, 1990-cı ildə sərbəst güləş üzrə Qrodnıy şəhərində keçirilən tələbələrin Universiadasında Nazim Əlicanov 57 kq çəkidə qızıl medal, Nadir Həmidov isə həmin çəkidə gümüş medal qazanmışlar. 1993-cü ildə Avropa birinciliyində sərbəst güləş üzrə 58 kq çəkidə Rövşən Hacıyev qızıl medal qazanmışdır. (Avstraliyanın Gets şəhəri).

1995-ci ildə isə Almaniyanın Vitten şəhərində keçirilən Avropa birinciliyində Namazov Rəhman Zakir oğlu sərbəst güləş üzrə 54 kq çəkidə gümüş medal qazanmışdır.

D.Quliyev milli vətənpərvərlik sahəsində də xüsusi fəallıq göstərir. O, yorulmaq bilmədən 15 ildən artıq əmək semestrində zona və xətti tələbə dəstələrinin komandiri kimi iştirak etmişdir. Dəfələrlə keçmiş Ümumittifaq keçici qırmızı bayrağını Azərbaycana gətirmişdir. O, 11 dəfə dairə seçki məntəqəsinin sədri vəzifəsində çalışmış, dəfələrlə fəxri mükafatalayiq görülmüşdür. Dilqəm müəllim Ermənistandan öz doğma ata-baba yurdlarından deportasiya edilmiş azərbaycanlı bacı və qardaşlarımıza da köməklik göstərmiş. onun təşəbbüsü ilə yaradılan 25 tələbədən ibarət dəstəyə rəhbərlik edərək, 1989-cu ilin mart-may aylarında Ağdam, Xocalı, Şuşa və Bərdə şəhərində təmənnasız olaraq işləmişlər. Onlar əldə etdikləri gəlirin hamısını (30 min rubl) köçkünlərin hesabına (№70076 fond) köçürmüşlər. O, Qarabağda yaralanan və şəhid olan tələbələrin ailələrinə də böyük qayğı göstərir. O, dəfələrlə şəhid valideynlərini bir yerə toplamış Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında onlara maddi yardım göstərir Şəhidlər Xiyabanını ziyarət etmişlər. O, Akademiyada yaradılmış Qarabağ Müharibə fondunun sədri olmuşdur (1988-1994).

D.Quliyevin rəhbərliyi altında müstəqillik, dövlət quruculuğu prosesində, təşəkkül mərhələsində hərbi-fiziki tərbiyənin aktuallığına onun elmi-nəzəri əsaslarına ciddi fikir vermiş, milli qəhrəmanların adlarına foto-stendlərin tərtibində, onların adına turnirlərin keçirilməsinə, dərsliklərdə, hərbi quruculuq sahəsində gənc nəslin fəaliyyətinin işıqlandırılmasında, şəhid idmançıların ailələrinə yardımın göstərilməsində köməklik etmişdir. Akademiyanın tələbələri M.Mirhəsənov adına 1 nömrəli respublika klinik xəstəxanasından 31 nəfər kimsəsiz uşağın, göz xəstəlikləri institutundan isə 7 xəstənin müalicəsini öz üzərinə götürmüş, Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişdir. Tələbələrimiz bir neçə dəfə Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında yaralılar üçün qan vermişlər. Milli qəhrəmanlarla görüşlərin təşkilində, hərbi hissələrdə, foto, sərgi, albomların hazırlanmasında və başqa tədbirlərin keçirilməsində yaxından köməklik göstərir.

1990-1992-ci illərdə D.Quliyevin rəhbərliyi ilə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə köməklik göstərmişlər.

O, «Şəhid idmançılar» (1995), «Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi» (1996), «XX əsrin qan yaddaşı» (1998), “Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), “İlqar İsmayılovun şəhidlik zirvəsi -50”, Etibar Quliyev və Aytən Quliyevanın həmmüəllifliyi ilə “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım”, “Xocalım sağalmaz yaram mənim” və başqa kitablar yazmışdır. Azərbaycan KİVNİH rəhbərliyi həmin kitablara görə D.Quliyevi general H.Aslanov adına fəxri diplomla (1995), «Nailiyyət» (1995) mükafatı ilə təltif etmişdir.

Dilqəm müəllim dərsləri yüksək elmi-pedaqoji səviyyədə keçirir, mühazirələrində müasir elmin nailiyyətlərindən istifadə edir. Bu baxımdan bədən tərbiyəsi və müxtəlif idman növlərinin təşkili və keçirilməsinə, tarixinə, taktika və texnikasına istinad edərək tələbələr üçün hazırladığı dərsliklər, dərs vəsaitləri və göstərişləri diqqətə layiqdir. Ümumiyyətlə, Dilqəm müəllim öz tədqiqatlarına

uyğun çoxsaylı elmi-pedaqoji ədəbiyyatlar araşdırmış, “Şəhid idmançılar” (1995), “XX əsrin qan yaddaşı” (1998), “Azərbaycan ulduzları Olimpiya Oyunlarında» (1996), «Bədən tərbiyəsi və idmana dövlət qayğısı» (2001) mövzusunda yazılmış bu və ya digər kitabları xalqımızın ümummilli lideri Heydər Əliyevə, «Azərbaycanda cüdo» (2002), «Azərbaycan idmanının dünəni və bu günü» (2003), “İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007) və b. kitabları isə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təqdim edərək və yüksək mükafatlara layiq görülmüşdür.

Dilqəm müəllimin “Şair qəlbli qəhrəman”, “Tələsmə könlüm” adlı məqalələri rus dilində olan məktəblərin 9-cu sinif dərsliklərində (Bakı-2009) və ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında (Bakı-2000) çap olunmuşdur.

Müəllifi olduğu “Azərbaycanın ustad pəhləvanları”, “İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu”, “Azərbaycan idmanının dünəni və bu günü”, “Helsinkidən başlayan yol”, “Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınmışdır.

2008-ci il iyul ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyası Hümanitar və İctimai elmlər bölməsinin tarix üzrə problemlər şurasının qərarına əsasən Dilqəm Quliyevin “Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında Heydər Əliyev mərhələsi (1970-2003-cü illər)” adlı doktorluq dissertasiasının mövzusu təsdiq olunmuşdur.

Dilqəm Quliyevin həyatı haqqında publisist şair Tabdıq Əlibəylinin müəllifliyi ilə «Yol gedənindir»-50, (2000), Tabdıq Əlibəyli və Etibar Quliyevin həmmüəllifliyi ilə “Nurlu insan”-60 adlı kitab yazılıb.

O, «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzi ilə 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təhkim olunmuş «Azərbaycan Milli Ensiklopediyası»na daxil edilən bədən tərbiyəsi və idman sahəsi üzərində işləyir. Bədən tərbiyəsi və idman sahəsinə dair hazırlanmış xüsusi cild və başqa cildlər çapdan çıxmışdır.

Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 1997, 2005, 2006-cı illərdə «İlin ən yaxşı tədqiqatçı jurnalisti», 2007-2008-2009-cu illərin ən yaxşı “İdman tarixi yazarı” adına, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adına layiq görülmüşdür.

D.Quliyevə tapşırılan işləri yüksək professionallıqla həyata keçirdiyinə görə əmək kitabçasına yazılmaq şərti ilə 8 təşəkkür elan edilmişdir. Bədən tərbiyəsi və idmana səmərəli xidmətinə və yüksək ixtisaslı idmançılar hazırladığına görə dövlət tərəfindən dəfələrlə aşağıda qeyd olunan mükafatlarla təltif edilmişdir:

1978 – “Azərbaycan komsomolu”nun fəxri fərmanı;

1988 - ÜİLKGİ MK-nın fəxri fərmanı və döş nişanı;

1995 - “General Həzi Aslanov” adına fəxri fərman;

1995 - “Kamil sənətkar” fəxri diplomu;

1996 - “İnam və Şərəf” diplomu;

1998 - “Azərbaycan bayrağı” mükafatı;

2000 - “Nurlu qələm ustası”;

2003 - «Qızıl qələm» media mükafatı